525.Az

Veteran idmançımız dünyasını dəyişdi


 

Veteran idmançımız dünyasını dəyişdi<b style="color:red"></b> Azərbaycan idmanına ağır itki üz verib.
 
Lent.az-ın məlumatına görə, veteran velosipedçi Ələddin Şabanov 70 yaşında dünyasını dəyişib. O, bu gün dəfn olunacaq.

İdman ustası olan Şabanov pedaqoji elmlər namizədi idi. O, 50-dən artıq elmi məqalənin müəllifi, müxtəlif konfrans və simpoziumların iştirakçısı olmuşdu.

Azərbaycan Velosiped İdmanı Federasiyası ölkəmizdə velosiped idmanının inkişafında xüsusi xidmətləri
olmuş Ələddin Şabanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
 





04.11.2014    çap et  çap et