525.Az

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi


 

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi<b style="color:red"></b>

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi general–mayor Rafiq Abbasov vəzifəsindən azad edilib.

Lent.az-ın məlumatına görə, bu barədə qafqazinfo-ya DİN-dən informasiya daxil olub. Məlumata görə, nazirin digər əmri ilə R. Abbasov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (bandotdel) rəis təyin olunub.

R. Usubov Bakı polisinin yeni rəisi vəzifəsinə "bandotdel"in rəisi general-mayor Mirqafar Seyidovu təyin edib.

Qeyd edək ki, R. Abbasov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır.

 





04.11.2014    çap et  çap et