525.Az

100-dən çox fil evakuasiya edildi


 

100-dən çox fil evakuasiya edildi<b style="color:red"></b>

Tailandda "Yaqi" qasırğası insanlarla yanaşı heyvanat aləminə də ciddi ziyan vurub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qasırğa ölkənin şimalında fillərin yaşadığı qoruqda fəsadlara səbəb olub.

Qoruğun ərazisinin bir hissəsini su basıb ki, bu da fillərin həyatlarına təhlükə yaradıb.

Yerli güc strukturları 100-dən çox fili və bir qrup turisti təhlükəli zonadan çıxarmağa müvəffəq olub.

Qeyd edək ki, qoruqda hələ bir xeyli filin qaldığı bildirilir. Onların çoxu təhlükəsiz yerlərə qaça bilsələr də, 13 fil hələ də su basmış ərazidədir.

L.Tağıyeva

 





05.10.2024    çap et  çap et