Bu gün Qazaxıstanda referendumla bağlı səsvermə başlayandan bir çox məntəqələrdə olduq. Səsvermə normal şəkildə gedir.
Bunu Astanada 525.az-ın əməkdaşına Türkiyə Yüksək Seçki Şurasının üzvü Əli Çopur deyib.
O bildirib ki, seçkinin nəticələrinin Qazaxıstan xalqının mənafeyinə uyğun olacağını düşünürük.
"Qardaş Qazaxıstan xalqının bu prosesə ən yaxşı şəkildə öz töhfəsini verəcəyi qənaətindəyik Səsvermənin yeni başlamasına baxmayaraq xalq sandıqların başına gələrək öz seçki hüququnu həyata keçirir. Gün ərzində bu iştirakçılığın daha da artacağını düşünürəm. Bu referendum Qazaxıstan xalqının gələcəyi üçün çox önəmlidir. Nəticə nə olursa olsun, Qazaxıstan dövlətinin və xalqının qazanacağını düşünürük", - o əlavə edib.
Qeyd edək ki, bu gün Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı referendum keçirilir.
Pərvanə Sultanova, Astana