525.Az

Almaniya iqtisadiyyatında tənəzzül


 

Almaniya iqtisadiyyatında <b style="color:red">tənəzzül</b>

Almaniya hökumətinin 2024-cü ildə iqtisadiyyatda 0,3 faiz böyümə ilə bağlı proqnozu özünü doğrultmayıb.

525.az APA-ya istinadən xəbər verir ki, Almaniyanın iqtisadiyyat naziri Robert Habek hökumətin 2024-cü ildə iqtisadiyyatla bağlı proqnozunu oktyabrın 9-da açıqlayacaq.

Nazirin təqdim edəcəyi hesabatda 2024-cü ildə iqtisadiyyatın 0,2 faiz kiçiləcəyi əksini tapıb. Bu, 2023-cü ildən başlayaraq iqtisadiyyatda mülayim tənəzzül kimi dəyərləndirilir. İqtisadiyyatdakı tənəzzül 2025-ci illə əlaqədar büdcə planlaşdırılmasına da çətinlik yaradır.

 





06.10.2024    çap et  çap et