525.Az

İraqın XİN başçısı COP-29-a hazırlıq və Azərbaycanın qlobal atəşkəs təşəbbüsü barədə məlumatlandırılıb


 

İraqın XİN başçısı COP-29-a hazırlıq və Azərbaycanın qlobal atəşkəs təşəbbüsü barədə məlumatlandırılıb<b style="color:red"></b>

Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə görüşüb.

525.az “Report”-a istinadən xəbər verir ki, N.Məmmədov bu barədə “X”dəki hesabında yazıb.

Görüşdə ölkələr arasında ikitərəfli gündəliyin geniş müzakirəsi aparılıb, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin vacibliyini vurğulanıb.

Nazir COP-29-a hazırlıq, həmçinin COP-29 zamanı Azərbaycanın qlobal atəşkəs təşəbbüsü barədə məlumatlandırılıb.

 





06.10.2024    çap et  çap et