525.Az

“Slovakiya Ukraynanın Aİ-yə namizədliyini dəstəkləyir, NATO-ya yox” - Baş nazir


 

“Slovakiya Ukraynanın Aİ-yə namizədliyini dəstəkləyir, NATO-ya yox” - <b style="color:red"> Baş nazir</b>

Slovakiya Ukraynanın NATO-ya üzvlüyünə neqativ yanaşır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso ukraynalı həmkarı Denis Şmıqalla görüşündə bildirib. Lakin Fitso qeyd edib ki, ölkəsi Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyir.    

“Açığı, biz Ukraynanın NATO-ya üzvlüyü məsələsinə soyuq yanaşırıq, lakin Avropa İttifaqı ilə bağlı biz sizi 100 faiz dəstəkləyirik. Aİ-yə üzvlüyünüz bizim üçün önəmli və dəyərli olacaq”, - deyə Fitso bildirib.

O əlavə edib ki, Ukraynanın siyasi birliyə üzvlüyünə mane olacaq Aİ ölkələri var. Lakin Fitso əmindir ki, Slovakiya bu ölkələrdən olmayacaq.

İbrahim Cəfərov

 





07.10.2024    çap et  çap et