525.Az

Azərbaycan millisi dünya çempionatında ilk matçına çıxdı


 

Azərbaycan millisi dünya çempionatında ilk matçına çıxdı<b style="color:red"></b>

23 yaşadək minifutbolçular arasında dünya çempionatına start verilib.

525.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan millisi Xorvatiyada təşkil olunan yarışda ilk matçına çıxıb.

Rəcəb Fərəczadənin komandası ilk turda Serbiya ilə qarşılaşıb. Oyun rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Mundiala məğlubiyyətlə başlayan komandamız 2-ci turun görüşündə sabah Hindistanla üz-üzə gələcək.

Qeyd edək ki, B qrupunda Azərbaycan, Serbiya, Çexiya və Hindistan milliləri yer alıb.

 





07.10.2024    çap et  çap et