525.Az

III Çarlz xərçənglə mübarizəyə ara verdi


 

III Çarlz xərçənglə mübarizəyə ara verdi<b style="color:red"></b>

Buna səbəb onun bir neçə dövlətə rəsmi səfəridir.

525.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Britaniya Kralı oktyabrın 18-də Avstraliyaya rəsmi səfərə gedəcək.

Sidney və Kanberrada olacaq 75 yaşlı III Çarlz ardında Sakit okeanın cənubunda yerləşən Samoa ada-dövlətinə yollanacaq. Hər iki ölkədə vacib görüşlər keçirəcək Kral səfər müddətində müalicəsini dayandırmalı olacaq.

Qeyd edək ki, bu ilin fevralında III Çarlz prostat vəzindən əməliyyat olunduqdan sonra onda xərçəng aşkarlanıb. Xəstəliyin hansı mərhələdə olduğu barədə məlumat verilmir. O vaxtdan Kral həftəlik müalicə kursu alır.

L.Tağıyeva

 





07.10.2024    çap et  çap et