525.Az

Karlsen hansı futbolçularla şahmat oynamaq istərdi?


 

Karlsen hansı futbolçularla <b style="color:red"> şahmat oynamaq istərdi?</b>

Şahmat üzrə 16-cı dünya çempionu, dünya reytinqinin lideri Maqnus Karlsen şahmat oynamaq istədiyi futbolçuların adlarını açıqlayıb. 

525.az “The Guardian”a istinadən xəbər verir ki, norveçli qrossmeyster ilk növbədə Məhəmməd Salahla qarşılaşmaq istəyir:

“Mən böyük futbol azarkeşiyəm və şühbəsiz ki, Salahın fanatıyam. Hələlik onunla qarşılaşmaq mənə qismət olmayıb. Amma bunu çox istərdim. Eləcə də fəxr etdiyim şahmat oynayan digər futbol ulduzları ilə. Həmçinin bilirəm ki, Edeqor (Karlsenin həmyerlisi, “Arsenal”ın futbolçusu - İ.C.) şahmatla maraqlanır. Onunla da oynamaq pis olmazdı. Lakin futbolçular arasında kimin ən yaxşı olduğunu deyə bilmərəm”.  

Xatırladaq ki, daha əvvəl Məhəmməd Salah şahmat aludəçisi olduğunu və Maqnus Karlssenlə fəxr etdiyini açıqlamışdı. 

İbrahim Cəfərov

 





08.10.2024    çap et  çap et