525.Az

Estoniya - Azərbaycan oyununun təyinatları açıqlanıb


 

Estoniya - Azərbaycan oyununun təyinatları açıqlanıb<b style="color:red"></b>

UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda keçiriləcək Estoniya - Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

525.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşü İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Rob Harveyə Robert Klark, Ueyn Makdonnel kömək edəcək. Dördüncü hakim funksiyasını Rob Hennessi yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 11-də Tallindəki “Lilleküla” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

 





08.10.2024    çap et  çap et