525.Az

Nepalda rus qrupundan sağ qalan yeganə alpinist danışıb


 

Nepalda rus qrupundan sağ qalan yeganə alpinist danışıb<b style="color:red"></b>

Nepalda Caulagiri dağına qalxarkən həlak olan rus qrupundan sağ qalmış  yeganə alpinist Valeri Şamalo pis hava şəraiti səbəbindən zirvənin fəthindən imtina etdiyini deyib.

525.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bu barədə danışıb.

“Təxminən 7700 m yüksəklikdən  axşama doğru zirvəyə çatacağımızı və gecə enməli olacağımızı anladım. Yamac mənə sıldırımlı və təhlükəli görünürdü, orda tab gətirmək  çətin idi. Gecələr əsən güclü külək bizə təhlükə yarada bilərdi. Yoldaşlarıma dedim ki, bu şərtlər altında getməkdən qorxuram. Əllərim, ayaqlarım artıq donmuşdu. Ona görə də belə şəraitdə qalxma və enmə həddindən artıq ekstremal olardı".

Alpinst deyib  ki, qrup onun qərarına hörmətlə yanaşıb, düşərgəyə getməyi məsləhət görüblər. O, düşərgədə alpinistləri gözləməyə başlayıb, amma onlar gəlməyiblər.

Həmin gün səhər saatlarında Nepalda dağa qalxan 5 rusiyalı alpinistin həlak olduğu məlum olub. Alpinistlər oktyabrın 6-da itkin düşüblər. Onların 7,6 min metr hündürlükdən yıxıldığı güman edilir.

Pərvanə Sultanova

 





08.10.2024    çap et  çap et