525.Az

Nigeriyada qayığın batması nəticəsində ölənlərin sayı 70-ə çatıb


 

Nigeriyada qayığın batması nəticəsində ölənlərin sayı 70-ə çatıb<b style="color:red"></b>

Nigeriyanın Niger əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayı 70-ə yüksəlib.

525.az xarici KİV-ə istinadən bildirir ki, Milli Daxili Su Yolları Təşkilatından verilən açıqlamada, oktyabrın 1-də Niger əyalətində Gbajibo çayında qayığın batmasından sonra xilasetmə işlərinin davam etdiyi bildirilib.

Açıqlamada bildirilib ki, qəzada həyatını itirənlərin sayı 70-ə çatıb, 150 nəfər xilas edilib.

Nigeriya Prezidenti Bola Əhməd Tinubu həyatını itirənlərə görə əyalət xalqına başsağlığı verib.

Qeyd edək ki, oktyabrın 1-də Niger əyalətinin Mokva bölgəsində təxminən 300 nəfərin Mövluddan qayıdarkən olduğu qayıq Gbajibo çayında aşıb.

Malik Atilay 

 





07.10.2024    çap et  çap et