525.Az

Tunis prezidenti 90,69 faiz səslə yenidən prezident seçilib


 

Tunis prezidenti 90,69 faiz səslə yenidən prezident seçilib<b style="color:red"></b>

Tunisdə oktyabrın 6-da keçirilən prezident seçkilərində prezident Kays Səid 90,69 faiz səslə qalib gəlib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Tunis Ali Seçki Şurası oktyabrın 6-da keçirilən prezident seçkilərinin ilk nəticələrini açıqlayıb.

Yüksək Seçki Şurasının sədri Faruq Buasker mətbuat konfransında Səidin 90,69 faiz səs aldığını açıqlayıb.

Bildirilib ki, digər namizədlər arasında Xalq Hərəkatının lideri Zuheyr əl-Məğzavi 1,97 faiz, siyasi həyatına 2020-ci ildə Yaşasın Tunis Partiyasından millət vəkili kimi başlayan iş adamı Ayaşi Zamal isə 7,35 faiz səs toplayıb.

Konstitusiya professoru olan Səid ilk dəfə 2019-cu ildə keçirilən seçkilərdə prezident seçilib.

Qeyd edək ki, namizədlərdən biri olan Zamal “yalançı bəyanat vermək” ittihamı ilə davam edən məhkəmə prosesi səbəbindən həbsxanadan seçkilərə qatılıb.

Malik Atilay 

 





07.10.2024    çap et  çap et