525.Az

"Arşın mal alan"ı oynayırıq və ya azərbaycanca - "Cənnət"


 

"Arşın mal alan"ı oynayırıq və ya azərbaycanca - "Cənnət"<b style="color:red"></b>

Qırğız Respublikasının "Slovo Kırqızstana" Dövlət qəzetində Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin dəstəyi ilə bu ilin oktyabr ayının 15- Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera Balet Teatrında keçirilmiş Azərbaycan musiqisi günü ilə bağlı geniş məqalə dərc olunub.

"Arşın mal alan"ı oynayırıq ya azərbaycanca - "Cənnət" adlanan məqalədə Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə Səlahiyyətli səfiri Hidayət Orucovun tədbirdəki ətraflı çıxışını tam olaraq qəzet oxucularına  təqdim edərək, oxuculara "Arşın mal alan" operettası onun zəngin tarixi ilə yaxından tanış olma imkanı verib.

Səfir çıxışında qeyd edib ki, Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi iqtisadi sahədə deyil, həm humanitar sahədə inkişaf etməkdədir bu xətt Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir: "Son zamanlarda həm Azərbaycanda, həm Qırğızıstanda bir çox maraqlı humanitar birgə tədbirlər keçirilməkdədir. Belə tədbirlərin təşkil olunması qardaş xalqları daha da yaxınlaşdırır. Bu axşam baxacağımız "Arşın mal alan" operettası həm yaşlı, həm cavan nəsil arasında çox sevilir, çünki o bütün nəsillər üçün yaranmış  unudulmaz bir incidir. 101 il bundan əvvəl - 1903- ildə hələ  Peterburq konservatoriyasının tələbəsi olarkən  Üzeyir Hacıbəyov "Arşın mal alan " operettasını yazıb elə həmin ildə bu operetta Bakıda Zeynalabdin Tağıyev adına teatrda səhnəyə qoyulub. Bu əsər 76 ölkənin 187 teatrında nümayiş olunub. Onun əsasında hələ 1945-ci ildə çəkilmiş film isə 136 ölkədə göstərilib.

Bütün müsəlman şərqində Üzeyir Hacıbəyov ilk operanın, operettanın, musiqili komediyanın kantat-oratoriya musiqisinin yaradıcısı, ümumilikdə isə Azərbaycan klassik musiqi sənətinin banisidir. 1908-ci ilin 25 yanvarında Azərbaycan milli opera sənətinin ilk nümunəsi kimi tarixə düşən Üzeyir Hacıbəyovun ilk operası "Leyli Məcnun"  səhnələşdirilib".

Səfir, görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini öz repertuarına həmişə daxil etdiyi bu gün "Arşın mal alan" operettasını tamaşaya hazırladığı üçün Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera Balet Teatrının kollektivinə dərin təşəkkürünü bildirib.

Məqalədə qeyd edilib ki, 3 saat ərzində ağzınacan tamaşaçılarla dolu olan nəhəng salonda hər kəs böyük həvəslə "Arşın mal alanı" izləyib. Tamaşa bitəndə salonda uzun müddət alqış sədaları səslənib.

 





04.11.2014    çap et  çap et