ABŞ höküməti yaxınlaşmaqda olan "Milton" qasırğasına görə, Florida ştatının qərb sahillərinin əhalisinə ərazidən çıxmağı tövsiyə edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 5,5 milyon insanın təhlükəli zonadan çıxması gözlənilir.
Bununla belə ştat rəhbərliyi tıxac və basabas yaranmasın deyə, əhalidən çox da uzağa deyil, daha yaxın bölgələrə getməyi məsləhət görüb.
Qeyd edək ki, təxliyə srağagündən başlayıb. Proqnozlara görə, qasırğa bu əraziyə bu gün axşam, uzağı sabah günün birinci yarısında çatacaq.
Yeri gəlmişkən, qasırğa təhlükəsi ilə əlaqədar ştatda ciddi benzin çatışmazlığı yaranıb. Belə ki, insanlar evakuasiyadan əvvəl yanacaqdoldurma məntəqələrinə sözün həqiqi mənasında hücum çəkiblər. Evlərini tərk etmək istəməyənlər isə qasırğadan sonra elektrik enerjisində problem yaranacağından ehtiyatlanaraq benzin tədarük edir. Ştatın ərazisində yerləşən 7,5 min yanacaqdoldurma məntəqəsindən 2 minə yaxını benzin qurtarması səbəbindən bağlanıb.
L.Tağıyeva
çap et