Çinə səyahət edənlərin sayının artması ölkənin cəlbediciliyini və açıqlığını göstərir.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib. Bir sıra səyahət platformalarının yaydığı məlumatlara görə, Milli bayramla əlaqədar tətil günlərində xarici turistlərin Çinə səyahət sifarişləri keçən ilin eyni dövrü ilə müqayisədə
təxminən 60 faiz artıb. Bir çox Çin şəhərləri xarici səyahətçilər üçün məşhur yerlərə çevrilib.
Bundan əlavə, son vaxtlar Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi də daxil olmaqla, müvafiq idarələr əcnəbilərin ölkəyə girişinin sadələşdirilməsi üçün tədbirlər həyata keçirib. Mao Ninq xatırladıb ki, Çin 24 ölkə ilə vizaların tamamilə qarşılıqlı ləğvi barədə razılığa gəlib, 16 ölkə üçün vizasız rejim tətbiq edib, 72 saatlıq və ya 144 saatlıq vizasız tranzit rejiminin əhatə dairəsini 54 ölkəyə qədər genişləndirib.
"Xarici turistlərin Çinə səyahəti getdikcə daha asan və daha xoş olur. Çin dünyaya daha çox açılacaq və səyahətləri asanlaşdıracaq. Biz xarici dostları Çinin gözəl mənzərələrindən zövq almaq və cazibəsini hiss etmək üçün daha çox ziyarətə dəvət edirik".
Pərvanə Sultanova
çap et