525.Az

Emre Kaya Bakıya gəlir


 

Emre Kaya Bakıya gəlir<b style="color:red"></b> Türkiyənin tanınmış müğənnisi Emre Kaya bu həftə Bakının qonağı olacaq.
 
Lent.az-ın məlumatına görə, “Promor Production” ve “The Public”in təşkilatçılığı ilə paytaxtımızda qonaq olacaq ifaçı burada  həm konsert verəcək, həm də bir neçə layihə həyata keçirəcək.

İfaçı səfər çərçivəsində media işçiləri ilə görüşəcək. Daha sonra noyabrın 10-da “The Public” klubda çıxış edəcək. Tükiyəli müğənni ilə eyni səhnəni azərbaycanlı müğənni Sevinc Ağaşirinova bölüşəcək.
 
Xatırladaq ki, E.Kaya “Apayrı”, “Sorma”, “Ayna”, “Teşəkkür edərim”, “Yaz yağmuru” kimi sevilən mahnıları ilə tanınıb.
 
Qeyd edək ki, E.Kayanın konsertinin informasiya dəstəkçisi Lent.az-dır.
 





04.11.2014    çap et  çap et