Misirdə, Aralıq dənizi sahilində yeni şəhərin təməli qoyulub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Ras-əl-Hekma adlandırılan şəhər paytaxt Qahirənin 350 km şimal-qərbində yerləşəcək.
Yeni şəhərin ərazisinin Barselonadan 2 dəfə çox, əhalisinin isə 2 milyon olması nəzərdə tutulub.
Ras-əl-Hekmanın turistlərin sevimli yerinə çevriləcəyinə ümid edən Misir höküməti oktyabrın 4-də tikinti işlərinə start verib.
Qeyd edək ki, ilk mərhələdə aeroport, dəmir yolu xətləri, otellər, ofis binaları, pərakəndə satış nöqtələri, əyləncə mərkəzləri və turizm üçün vacib olan digər obyektlərin tikintisi planlaşdırılıb.
L.Tağıyeva
çap et