|
|
|
|
İzmir Ege universitetində oktyabrın 15 - 19-u tarixləri arasında "Türk Dünyası II Modernləşmə: Türk Dünyasında Mətbuat" simpoziumu keçiriləçək.
525.az xəbər verir ki, ilk üç gün üzbəüz, iki gün isə onlayn rejimdə keçiriləcək simpozium Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin əziz xatirəsinə həsr olunub. 4 gün davam edəçək elmi toplantıda Türkiyədən 60, Azərbaycandan 28, Özbəkistandan 48, Türkmənistandan 5 alim iştirak edəçək. Quzey Kıprıs Türk Cümhuriyyətindən, Türkistandan, Rusiya və İrandan olan alimlərin məruzələri də dinləniləçək. Simpoziumun açılışına Azərbaycanın Türkiyədəki səfiri Rəşad Mahmudov da qatılacaq.
Oktyabrın 15-də açılış günü axşam saat 18:00-da MÖTBE Mədəniyyət Mərkəzində Azərbaycandan olan sənətçilərin konserti olaçaq.