525.Az

20-dən çox rusiyalı Moldovaya buraxılmadı


 

20-dən çox rusiyalı Moldovaya <b style="color:red"> buraxılmadı</b>

Rusiya, Belarus, Tacikistan və İtaliya vətəndaşları Moldovaya buraxılmır.

525.az xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

“20-dən çox rusiyalı Moldovaya buraxılmadı”, - deyə bildirilib.  

Qeyd olunur ki, ölkəyə girişinə qadağa qoyulanların əksəriyyəti artıq hava limanından geri dönüblər. Digərləri isə hələ də hava limanında vəziyyətin dəyişəcəyini gözləyirlər.

O da bildirilir ki, onlarla insanın ölkəyə girişinə icazə verilməməsi ilə yanaşı, həmçinin müxalifət blokunun üzvlərinin teleqram kanalları da bloklanıb.

Xatırladaq ki, oktyabrın 20-də Moldovada prezident seçkiləri keçiriləcək. Qeydiyyat üçün tələb olunan sənədlər 12 namizəd tərəfindən təqdim edilib.

İbrahim Cəfərov

 





10.10.2024    çap et  çap et