Britaniyanın hərbi rəhbərliyi Ukraynaya hərbçilər göndərmək variantını araşdırır.
525.az xəbər verir ki, bu barədə “The Times” qəzeti öz mənbəsinə istinadən yazıb.
Qeyd olunur ki, gənc əsgərlər üçün intensiv əsas təlimlərin təşkili məqsədilə Ukraynanın qərb bölgəsinə britaniyalı hərbçilərdən ibarət qrupların göndərilməsi planlaşdırılır. Bundan əvvəl Britaniya Xarici İşlər Nazirliyi qış başlayana qədər Ukraynanı ehtiyac duyduğu hər şeylə təmin etməyə çağırıb.
Pərvanə Sultanova
çap et