525.Az

Ayı 55 yaşlı kişini öldürdü


 

Ayı 55 yaşlı kişini öldürdü<b style="color:red"></b>

Hadisə Slovakiyada, Xibe şəhəri yaxınlığında baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, iki kişi meşədə göbələk yığarkən ayının hücumuna məruz qalıb.

Vəhşi heyvan göbələk yığanlardan birinə ciddi xəsarətlər yetirib və 55 yaşlı kişi hadisə yerində ölüb. Onun yol yoldaşının vəziyyəti ilə bağlı məlumat yoxdur. Güman ki, ayının hücumundan yayına bilib.

Qeyd edək ki, bu, son 3 ildə Slovakiyada ayıların insana ilk hücum faktıdır. 2021-ci ildə bənzər hadisə baş vermiş və o vaxt da ayı 1 nəfəri parçalamışdı.

L.Tağıyeva

 





10.10.2024    çap et  çap et