Əməkdaşlıqdan imtina etməsi teleqramın yaradıcısı Pavel Durovun Parisdə həbs edilməsinin əsas səbəbidir. Onun saxlanılması hər hansı siyasi və ya digər motivlərlə bağlı deyil.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, teleqram da daxil olmaqla bir çox platformalar söz azadlığını müdafiə etmək istəyi formasında xoş niyyətlərin arxasında gizlənərək qanun pozuntularının və demokratik dəyərlərin sarsıdılmasının vasitəçisinə çevrilirlər.
Fransa lideri hesab edir ki, bütün “rəqəmsal oyunçular” internetdə istənilən qanunsuz fəaliyyətə qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməlidirlər.
“Məhkəmə sistemimiz pozuntu hallarında hərəkət etmək səlahiyyətinə malikdir. Teleqramın təsisçisi də əməkdaşlıqdan imtina etdiyi zaman məhz belə addım atılıb və o saxlanılıb”, - deyə E.Makron əlavə edib.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Fransanın "Le Burje" hava limanında saxlanılıb. Sonradan o, 5 milyon avro girov qarşılığında sərbəst buraxılıb.
İbrahim Cəfərov
çap et