Yazıçı, psixoloq və hərbiçi-polkovnik Elbrus Kəlbiyevin sayca 7-ci olan "Üç saniyədən çox" dedektiv romanının təqdimatı keçirilib.
Təqdimat Azərbaycan Respublikasının xalq artisti Vidadi Həsənovun çıxışı ilə baş tutub. İştirakçılar arasında Sumqayıt Dövlət Universitetinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru Xəyalə Seyfullayeva, iş adamı Ehtiram Miriyev, Müdafiə Nazirliyi həmkarlar komitəsinin sədr müavini Aygun Məmmədova, Çayrud Xeyriyyə Cəmiyyətinin sədri Arif Dənziyev, yazarlardan - Əli Azəri, İlahə Səfərzadə, Nigar Səttərzadə, Esmira Abdullayeva və digər oxucular iştrak ediblər.
Tədbirdə kitabın müəliffi E. Kəlbiyev diqqət və xoş fikirlərinə görə iştirakçılara təşəkkür edib: "Sizlər mənə yazmaq üçün yeni nəfəs verirsiniz. Qarşınızda böyük məsuliyyət hiss edirəm. Bir yazar yalnız öz oxucuları ilə var ola, inkişaf edə bilər. Hər birinizə dərin minnətdarlığımı bildirirəm! Gözləntilərinizi doğrultmaq üçün, sizlərin görüşünə daha maraqlı, daha faydalı əsərlər ilə gəlmək üçün bundan sonra da var gücüm ilə çalışacağam".
Tədbirdə "M - Teatr" ın aktyorları Cavid Baba və Pərvin Dadaşaova müəllifin "Kobranın ölüm rəqsi" adlı kitabından müəyyən hissəsini səsləndirib.
Təqdimatda iştrak edən riyaziyyat üzrə fəlsəfə doktoru, SDU-nun dosenti Xəyalə Seyfullayeva müəllifin kitabları haqqında qeyd edir: "Elbrus Kəlbiyev "Şahmat qaydaları" roman yazmağa başlayıb və gedişləri ilə oxucularını mat qoymağa bacarıb. Eyni zamanda oxucularını bir seansda hiss elətdirən, düşünməyə, mariflənməyə və nəticə çıxartmağa sövq elətdirən bir yazıçıdır. O həm də şahmatçı, psixoloq, hərbiçi - polkovnikdir. Şahidi oluruq ki, onun əsərlərində hər zaman milli mənəvi dəyərləri aşılayan, əxlaqı, etik normalar gözlənilir. Sözün həqiqi mənasında əsəri oxuyanda mat qalmışam. Və bütün bunlar dərin zəkasından, geniş dünya görüşündən və biliyindən xəbər verir. Bildirim ki, onun əsərlərinin adı da, diqqət çəkən və qeyri adi olur. Əsərin sonunda görürük ki, onun açıqlanması çox dərin və maraqlıdır".
Kitabın redaktoru Qədir Kərimov, tənqidçilər, Natiq Hüseynov və Gülfər Hüseynovadır.
Qeyd edək ki, Elbrus Kəlbiyev Lerik rayonunun Çayrud kəndində ziyalı ailəsində anadan olub. 1994-ci ildə Çayrud kənd orta məktəbini, 1998-də Bakı Ali Hərbi Məktəbini psixoloq ixtisasi üzrə bitirib. 1998-2016-cı illərdə Azərbaycan ordusunda müxtəlif vəzifələrdə zabit kimi xidmət edib, polkovnik-leytenant rütbəsində ehtiyata çıxıb.



çap et