525.Az

Zelenski Ukraynanın ikinci sülh sammitinin tarixini açıqladı


 

Zelenski Ukraynanın ikinci sülh sammitinin <b style="color:red"> tarixini açıqladı</b>

Ukraynanın ikinci sülh sammiti noyabrda keçiriləcək.

525.az “Strana.ua” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib.  

“Hazırda dəqiq tarixi bilmirəm. Ancaq noyabr ayına qədər qərar verdiyimiz hər şeyi hazırlayacağıq”, - deyə Ukrayna lider bildirib.

O əlavə edib ki, artıq Fransa prezidenti Emmanuel Makronu növbəti sülh sammitinin əsasını təşkil etməli olan “qələbə planı” barədə məlumatlandırıb.

Xatırladaq ki, Ukraynanın birinci sülh sammiti 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində keçirilib.

İbrahim Cəfərov

 





11.10.2024    çap et  çap et