525.Az

Bu hərəkətlər Tehranın nüvə imkanlarına zərbə vurmaqdır


 

Bu hərəkətlər Tehranın nüvə imkanlarına zərbə vurmaqdır<b style="color:red"></b>

İsrailin iqtisadiyyat naziri Nir Barkat İrana, o cümlədən nüvə potensialına zərbə endirilməsinin tərəfdarıdır.

525.az xəbər verir ki, bu barədə nazir France 24-ə müsahibəsində deyib.

"Biz İrana hücum etməliyik. Bu hərəkətlər Tehranın nüvə imkanlarına zərbə vurmaqdır”, - israilli nazir söyləyib.

İrana zərbənin regional müharibəyə səbəb olub-olmayacağı sualına isə Barkat İsrailin taleyinin təhlükə altında olduğunu vurğulayıb. O, İranın ilanın başı olduğunu, İsraili boğmaq üçün Yəməndəki HƏMAS və “Hizbullah” husilərindən istifadə etdiyini deyib. Nazir, həmçinin bildirib ki, İsrail Hizbullah qüvvələrini öz sərhədindən uzaqlaşdırmağa və köçkün israillilərin evlərinə qayıtmasını təmin etməyə çalışır. Nazitə görə, İsrail Livandakı siyasi rejimin dəyişdirilməsini istəyir, lakin müharibənin məqsədi bu deyil.

Qəzza zolağındakı əməliyyatdan danışarkən o, HƏMAS qruplaşmasını İsrailin zərbələrindən yayınmaq üçün öz obyektlərini mülki infrastrukturlar arasında yerləşdirməkdə ittiham edib. Barkat bildirib ki, İsrail anklavı işğal etmək niyyətində deyil. Bunun əvəzində İsrail hakimiyyəti burada İsraili qanuni dövlət kimi tanıyan və onunla birgə yaşayacaq firavan “Dubay”ın meydana çıxmasını istəyir: “Biz Dubayı yanımızda, uğurlu hökumətlə görmək istəyirik, bu model “iki xalq üçün iki dövlət” prinsipinin həllindən daha yaxşıdır”.

Oktyabrın 1-də İslam İnqilabı Keşikçiləri Korpusu “Doğru vəd 2” əməliyyatı çərçivəsində İsrailə çoxlu sayda raket atıb. İsrail ordusu hücuma lazım bildiyi zaman cavab verəcəklərini bildirib. Washington Post daha sonra ən azı 20 uzaqmənzilli İran raketinin İsrail və onun müttəfiqlərinin hava hücumundan müdafiə sistemlərinə nüfuz etdiyini, üç İsrail hərbi və kəşfiyyat bazasını vurduğunu bildirdi. İsrail Müdafiə Qüvvələri İranın bir neçə raketinin Nevatim və Tel-Nof hava bazalarını vurduğunu etiraf edib.

İsrail müdafiə naziri Yoav Qalant ölkənin cavab zərbəsinin Tehran üçün son dərəcə gözlənilməz olacağını bəyan edib.

Pərvanə Sultanova

 





10.10.2024    çap et  çap et