Küveyt ordusuna məxsus döyüş təyyarəsinin ölkənin şimalında təlim uçuşu zamanı qəzaya uğrayıb və pilot həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Küveyt Müdafiə Nazirliyinin sözçüsü Casim əl-Sakr "X" hesabında verdiyi açıqlamada "Küveyt Hərbi Hava Qüvvələrinə aid F-18 tipli döyüş təyyarəsinin qəzaya uğradığını və pilotunun öldüyünü" bildirib.
Sakr qeyd edib ki, qəza pilot günorta saatlarında ölkənin şimalında təlim uçuşu həyata keçirən zaman baş verib.
Malik Atilay
çap et