İsrail ordusunun Beyruta endirdiyi zərbələr nəticəsində 18 nəfər ölüb, 92 nəfər yaralanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.
Bir neçə saatdır İsrail Livan ərazisinə, eləcə də paytaxt Beyruta zərbələr endirir. “Al Mayadeen” nəşrinin yazdığına görə, zərbələr nəticəsində Basta rayonunda 4 mərtəbəli bina dağıdılıb, həmçinin Ən-Nuvayri rayonunda 8 mərtəbəli bina zədələnib. Bu səbəbdən də ölü və yaralıların sayının artacağı gözlənilir.
İbrahim Cəfərov
çap et