Tatarıstanda 2 sərnişin avtobusunun toqquşması nəticəsində 10 nəfər yaralanıb, 2 nəfər həyatını itirib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza Menzelinsk şəhərindən 5 km aralıda, beynəlxalq magistral yolda baş verib.
Zərbənin təsirindən avtobuslardan biri yoldan xeyli aralı düşüb.
Məlumatda avtobusların birində yalnız sürücünün olduğu bildirilir. Ölənlərdən bir də məhz həmin sürücüdür.
Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
L.Tağıyeva
çap et