"Milton" qasırğasının törətdiyi daşqınlardan sonra bir neçə yaşayış məntəqəsində timsahlar peyda olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hətta onların insanlara hücum faktları da var.
Məsələn, Fort-Mayers şəhər sakinlərindən biri avtomobildən enərkən timsah hücumuna məruz qalıb və xoş təsadüf nəticəsində xəsarət almayıb.
Qeyd edək ki, hələ qasırğadan əvvəl vəhşi təbiətin qorunması üzrə komissiya Florida sakinlərini daşqınlar zamanı diqqətli olmağa çağırmışdı.
Komissiya insanlara timsah və zəhərli ilanların olma ehtimalının çoxluğunu nəzərə alaraq, su basmış ərazilərdən uzaq durmağı tövsiyə etmişdi.
L.Tağıyeva
çap et