525.Az

Nobel sülh mükafatının laureatı məlum oldu


 

Nobel sülh mükafatının laureatı məlum oldu<b style="color:red"></b>

2024-cü ildə Nobel Sülh Mükafatınını laureatı məlum olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafat Yaponiyanın Nihon Hidankyo hərəkatına verilib.

Sözügedən təşkilat uzun illərdir ki, Xirosima və Naqasakiyə atılan atom bombalarının qurbanlarının hekayələrindən nümunələr gətirərək, nüvə silahının təhlükələrini dünyaya çatdırır.

Nobel Komitəsinin nümayəndəsi mükafatı elan edərkən bildirib ki, Nihon Hidankyo nüvə güclərinin nüvə imkanlarını artırdığı və silahlarını təkmilləşdirdiyi bir vaxtda yorulmadan nüvə arsenalı olmayan dünyanın tərəfdarıdır.

“Onlar bütün dünyada insanları ruhlandırır və məlumatlandırırlar. Və bəşəriyyətin gələcəkdə təhlükəsiz şəraitdə yaşaması üçün zəmin yaradırlar”, - deyə komitənin nümayəndəsi bildirib.

Qeyd edək ki, 1901-ci ildən etibarən Nobel sülh mükafatı 104 dəfə verilib. Bu il mükafat üçün 286 namizəd irəli sürülüb.

Ötən il Nobel sülh mükafatı ölkədə qadınların hüquqları uğrunda İran rejiminə qarşı mübarizəyə görə iranlı fəal Nərgiz Məhəmmədiyə verilib.

İbrahim Cəfərov

 





11.10.2024    çap et  çap et