525.Az

Arı yuvasını dağıtmaq istədi, yanğına səbəb oldu


 

Arı yuvasını dağıtmaq istədi, yanğına səbəb oldu<b style="color:red"></b>

Rusiyanın Rostov vilayətinin Belokalitvinsk rayonunun sakini bilməyərəkdən 17 tikilinin yanmasına səbəb olub.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həyətyanı sahəsində əkin işləri aparan kişi arıların yerdə saldığı yuva aşkarlayıb.

Həşəratlardan uzaq olmaq üçün yuvanı yandırıb və onun bu əməli faciə ilə nəticələnib.

Yanğın qurumuş otlar və küləyin köməyilə qısa müddətdə ətrafa yayılıb.

Nəticədə güclü yanğın yaşayış evləri də daxil olmaqla qonşuluqdakı 17 tikilini külə çevirib.

Qeyd edək ki, baş verən hadisə ilə bağlı cinayət işi qaldırılıb, arıların qənimini böyük ehtimalla həbs gözləyir.

L.Tağıyeva

 





11.10.2024    çap et  çap et