|
|
|
|
Türkiyə müdafiə sənayesi sahəsində xaricdən asılılığı xeyli azaldıb.
525.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İstanbulda çıxışı zamanı deyib.
“Türkiyə bütün sanksiyalara baxmayaraq, xaricdən asılılığı 80 faizdən 20 faizə qədər azaldıb”, - vitse-prezident vurğulayıb.
O bildirib ki, Türkiyə PUA istehsalında dünyanın aparıcı ölkələrindəndir.
C. Yılmaz söyləyib ki, bu gün dünyada ciddi hadisələr baş verir: “Beynəlxalq münasibətlər sisteminə, beynəlxalq hüquqa inam azalıb. Baş verənlər göstərir ki, biz öz ayaqlarımız üzərində durmağı bacarmalıyıq”.
Vitse-prezidentin sözlərinə görə, Türkiyə özünün çəkindiricilik qabiliyyətini artırmalıdır: "Bu, bizim üçün seçim yox, zərurətdir".