525.Az

Litvada parlament seçkiləri keçirilir


 

Litvada parlament seçkiləri keçirilir<b style="color:red"></b>

Oktyabrın 13-də Litvada növbəti parlament seçkiləri keçirilir.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, müstəqillik dövründə Litva Seyminə 9-cu seçkilərdir. Yerli vaxtla 7.00-da (Bakı vaxtı ilə 6.00) başlayan səsvermədə litvalılar parlamentin 141 deputatını seçəcəklər.

Dairə üzrə namizədlərin heç biri 50 faiz səs toplaya bilmədiyi təqdirdə oktyabrın 27-də səsvermənin ikinci turu keçiriləcək.

 





13.10.2024    çap et  çap et