525.Az

Türkiyəli nazir: Azərbaycanla nəqliyyat dəhlizinin açılması zaman məsələsidir


 

Türkiyəli nazir: Azərbaycanla nəqliyyat dəhlizinin açılması zaman məsələsidir<b style="color:red"></b>

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Cənubi Qafqazda kommunikasiyaların bərpası mövzusunu şərh edib.

525 az APA-ya istinadən xəbər verir ki, nazir bu barədə “Kanal7” telekanalında danışıb.

O deyib ki, Azərbaycanın Qərq rayonlarından Naxçıvan Muxtar Respublikası istiqamətində nəqliyyat dəhlizinin həm İran, həm də Ermənistan ərazisindən keçəcəyi istisna edilmir:

“Birinci halda söhbət 61 kilometrlik, ikinci halda isə təxminən 43 kilometrlik marşrutdan gedəcək”.

Nazir deyib ki, müəyyən problemlər var, lakin onlar qarşıdakı dövrdə həll oluna bilər: “Bu, zaman məsələsidir”.

Türkiyəli nazir qeyd edib ki, Türkiyə Bakı ilə daim təmas qurur və əlaqə saxlayır.

 





13.10.2024    çap et  çap et