525.Az

Silahlı şəxs Trampın mitinqinə qatılmağa çalışıb


 

Silahlı şəxs Trampın mitinqinə qatılmağa çalışıb<b style="color:red"></b>

Las-Veqas sakini Vem Miller Kaliforniya ştatının Koaçella şəhərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın mitinqinin keçirildiyi yerin yaxınlığında saxlanılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, polis nəzarət-buraxılış məntəqəsində V.Millerin avtomobilini saxlayıb. Yoxlanış zamanı 49 yaşlı şəxsin avtomobilində ov tüfəngi və dolu tapança aşkarlanıb. Miller dərhal nəzarətə götürülüb, daha onun sonra barəsində protokol tərtib edilib. İnsident Tramp və ya mitinq iştirakçılarının təhlükəsizliyinə təsir göstərməyib.

KTLA telekanalının məlumatına görə isə, Miller saxta giriş vəsiqəsindən istifadə edərək mitinqə qatılmağa çalışıb. Riversayd rayonunun şerifi bildirib ki, ola bilər polis daha bir sui-qəsd cəhdinin qarşısını alıb.

Xatırladaq ki, daha əvvəl bu ilin iyul və sentyabr aylarında Donald Trampa qarşı sui-qəsd cəhdləri olub.

İbrahim Cəfərov

 





14.10.2024    çap et  çap et