525.Az

“Serbiya BRİKS-ə qoşulmağı Aİ-yə alternativ hesab edir” - Baş nazirin müavini


 

“Serbiya BRİKS-ə qoşulmağı Aİ-yə alternativ hesab edir” - <b style="color:red"> Baş nazirin müavini</b>

“Serbiya BRİKS-ə qoşulmağı Avropa İttifaqına daxil olmaq üçün real alternativ hesab edir”.

525.az “Berliner Zeitung”ə istinadən xəbər verir ki, bunu Serbiya Baş nazirinin müavini Aleksandr Vulin deyib.

Almaniya nəşrinə müsahibəsində Vulin bildirib ki, Serbiya mütləq BRİKS-in Kazanda keçiriləcək qarşıdakı sammitinə qatılacaq.

O vurğulayıb ki, BRİKS-ə üzvlük də daxil olmaqla, Belqradın bütün variantları araşdırmaması məsuliyyətsizlik olardı. Hansı ki, bu təşkilat Səudiyyə Ərəbistanı, Türkiyə kimi ölkələri də cəlb edir.  

“Niyə Serbiya üçün vəziyyət fərqli olmalıdır?” - deyə Aleksandr Vulin qeyd edib.

Xatırladaq ki, oktyabrın əvvəlində Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, 30-dan artıq ölkənin liderləri 22-24 oktyabr tarixlərində Kazanda keçiriləcək BRİKS-in sammitində iştiraklarını təsdiqləyiblər.

BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Son zamanlar Azərbaycan, Türkiyə, Nigeriya və Burkina-Faso da təşkilata qoşulmaq istəklərini bəyan ediblər.

İbrahim Cəfərov

 





14.10.2024    çap et  çap et