2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.
525.az-a Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.
Qeyd edək ki, Los Anceles-2028 Yay Olimpiya Oyunları üçün lisenziya yarışlarına Bakıda keçiriləcək dünya çempionatı ilə start veriləcək.
çap et