Polşa şərq sərhədlərini minalamağı nəzərdə tutur.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Şərq qalxanı" layihəsi çərçivəsində ölkənin qərb sərhədlərində minalanmış ərazilərlər salmaqla yanağı, tank əleyhinə səngərlər qazılacaq, həmçinin, "beton kirpi"lər quraşdırılacaq.
Bu barədə bir neçə gün əvvəl Polşanın müdafiə naziri Sezari Tomçik də məlumat vermişdi. Artıq, bu gündən etibarən layihəyə hazırlıq məqsədilə Ojişe hərbi bazasında təlimlər başlayıb.
Qeyd edək ki, "Şərq qalxanı" 2028-ci ildə yekunlaşacaq. 800 km uzunluğu olan fortifikasiya qurğusu 2,6 milyard dollara başa gələcək.
L.Tağıyeva
çap et