SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “BHOSWARE” və “Dərbəndqala - BHOS” komandaları “TEKNOFEST-2024”də I və II yeri qazanıb.
BANM-dən 525.az-a bildirilib ki, komandalar Adana şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılıb.
“BHOSWARE” komandasının elmi rəhbəri İnformasiya texnologiyaları kafedrasının müəllimi Nihat Əlili, üzvləri isə informasiya təhlükəsizliyi ixtisasının V kurs tələbələri Əli Məhərrəmli, Məhəmmədcan Məhəmmədcanov, Sahib Hümbətzadə və Oqtay Əhmədovdur. Komanda 150 min TL dəyərində pul mükafatına layiq görülüb.
“Dərbəndqala - BHOS” komandasının elmi rəhbəri BANM-in İnnovasiya və tədqiqatlar mərkəzinin böyük mühəndisi Emiliya Əhmədova, üzvləri isə proseslərin avtomatlaşdırılması ixtisasının IV kurs tələbələri Zahid Abdullayev, Rəna İsayeva, Rəvan Xıdırov və biznesin idarə edilməsi ixtisasının IV kurs tələbəsi Murad Əliyevdir. “Dərbəndqala - BHOS” öz kateqoriyası finala vəsiqə qazanmış yeganə xarici komanda olub. Komanda 50 min TL dəyərində pul mükafatına layiq görülüb.
Sevinc Qarayeva