İsrail Müdafiə Qüvvələri (İMQ) Hizbullahın əsas bölmələrindən olan “Radvan” tank əleyhinə kompleksinin komandirlərindən birini zərərsizləşdirdiyini açıqlayıb.
525.az xəbər verir ki, bu barədə İMQ-nin Telegram kanalında məlumat yerləşdirilib.
Məhəmməd Kamal Naim adlı şəxs Nəbatiyə bölgəsində İsrail raketi ilə hücuma məruz qalıb.
Oktyabrın 14-də İsrail ordusu 24 saat ərzində Hizbullah-ın 200 hədəfinə hücum edildiyini bildirib. Bundan əvvəl ordu Livanın cənubundakı sakinlərə evlərinə qayıtmamaq barədə xəbərdarlıq edib.
Pərvanə Sultanova