Fövqəladə Hallar Nazirliyi (FHN) 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə baş vermiş yanğınla bağlı məlumat yayıb.
525.az-ın FHN-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bayıl qəsəbəsində yerləşən 51 saylı orta məktəbin birinci mərtəbəsində elektrik şitində yanğın baş verib.
Dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın 12 kv.m sahəni əhatə edib. Şagirdlər təxliyə olunub. Xəsarət alan yoxdur. Yanğın söndürülüb.
*** 10:19
Bakıda məktəbdə yanğın başlayıb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın rayonunun 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə qeydə alınıb.
Yanğın zamanı məktəbdən olan şagird və müəllimlər təxliyyə edilib.
Hazırda yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində iş aparır.
çap et