|
|
|
|
Qərb dövlətləri Gürcüstanda seçkilərin gedişinə təsir etmək istəyir, amma Rusiya başqa dövlətin daxili siyasətinə qarışmaq fikrində deyil.
525.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Seçkilərə gəlincə, bu, bizim işimiz deyil. Biz Qərb dövlətlərinin Gürcüstanın hazırkı hakimiyyətinə təzyiq göstərmək və seçki kampaniyasının gedişatına birbaşa, üstüörtülü təsir göstərmək cəhdlərini görürük. Biz heç bir şəkildə Gürcüstanın daxili işlərinə qarışmırıq və bunu etmək niyyətində deyilik”, - Peskov əlavə edib
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.
Pərvanə Sultanova