|
|
|
|
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində “Heydər Əliyev dərsləri”nin növbəti məşğələsi keçirilib.
Bu barədə 525.az-a universitetdən məlumat verilib.
Dərsdə iştirak edən Tarix və coğrafiya fakültəsinin I kurs tələbələri Mərkəzin müdiri Tahir Süleymanovun “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” mövzusundakı mühazirəsini dinləyib, görkəmli dövlət xadimlərinin Ulu Öndər haqqında söylədiyi fikirlərdən ibarət təqdimatı izləyiblər.
Mərkəzin mütəxəssisi Tərlan Ağayev dərs iştirakçılarını Mərkəzin eksponatları ilə tanış edib. O bildirib ki, Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən 181 adda kitab, 169 fotoşəkil, 13 arxiv sənədinin surəti, 12 suvenir və digər əşyalar saxlanılır.
Dərsin “film saatı” bölümündə gənclər Heydər Əliyevə həsr olunmuş qısametrajlı sənədli filmi izləyiblər.
Sonda Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb, geniş müzakirə aparılıb.
“Heydər Əliyev dərsləri”nin tədris ili ərzində digər fakültələrin tələbələri üçün də təşkil edilməsi nəzərdə tutulub.
Sevinc Qarayeva