“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yerli azarkeşlərə də yaxşı tanış olan Sezar Meza Kolli azad agent kimi heyətə cəlb olunub.
33 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter” / “Keşlə” / “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.
çap et