525.Az

Nigeriyada 165 terrorçu zərərsizləşdirilib


 

Nigeriyada 165 terrorçu zərərsizləşdirilib<b style="color:red"></b>

Nigeriyada İŞİD-in Qərbi Afrika qolu olan "Boko Haram" və ISWAP terror təşkilatlarının üzvlərinə qarşı keçirilən əməliyyatlarda bir həftə ərzində 165 terrorçu və silahlı dəstə üzvü zərərsizləşdirilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba verdiyi açıqlamada ordunun son bir həftə ərzində ölkə daxilində terrora və silahlı dəstə üzvlərinə qarşı əməliyyatlar həyata keçirdiyini bildirib.

Buba əməliyyatlarda 165 terrorçu və silahlı dəstə üzvlərinin öldürüldüyünü, 238 terrorçunun isə nəzarətə alındığını deyib.

Əməliyyatlar zamanı silahlı dəstə üzvləri və terrorçular tərəfindən girov götürülən 188 nəfərin xilas edildiyini bildirən Buba, silahlı dəstə üzvlərinə və terrorçulara aid 153 silah, çoxlu motosiklet və mühüm sursatların ələ keçirildiyi barədə məlumatı paylaşıb.

Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP-ın hücumları ilə üzləşib. Ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, pul müqabilində adam oğurluğu tez-tez baş verir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və pul tələb edirlər.

Malik Atilay 

 





14.10.2024    çap et  çap et