525.Az

Daron Acemoğlu Nobel mükafatını qazandı


 

Daron Acemoğlu Nobel mükafatını qazandı<b style="color:red"></b>

Daron Acemoğlu, Simon Conson və James Robinson 2024-cü il iqtisadiyyat üzrə Nobel mükafatına institutların formalaşması və onların rifaha təsirləri ilə bağlı işlərinə görə layiq görülüblər.

525.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında iqtisadiyyat üzrə Nobel mükafatı laureatları açıqlanıb.

Bəyanatda 2024-cü il iqtisadiyyat üzrə Nobel mükafatı qurumların formalaşması və rifah üzərindəki təsirləri ilə bağlı araşdırmalarına görə türkiyəli Prof. Dr. Daron Acemoğlu, İngilis Prof. Dr. Simon Johnson və İngilis Prof. Dr. Ceyms Robinson qalib gəldiyi bildirilib.

Qeyd edək ki, 2023-cü il iqtisadiyyat üzrə Nobel mükafatını Harvard Universitetindən amerikalı professor Klaudiya Qoldin qadınların iş qüvvəsində yeri ilə bağlı işinə görə qazanıb.

Ləman İlkin

 





14.10.2024    çap et  çap et