525.Az

Ukrayna: Rusiyanın Odessa limanına hücumunda 5 nəfər ölüb, 9 nəfər yaralanıb


 

Ukrayna: Rusiyanın Odessa limanına hücumunda 5 nəfər ölüb, 9 nəfər yaralanıb<b style="color:red"></b>

Rusiya ordusunun Ukraynanın Odessa limanına gecə saatlarında həyata keçirdiyi hücumda 5 nəfərin öldüyü, 9 nəfərin yaralandığı, limanda olan konteyner gəmisinin zədələndiyi bildirilib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa "X" hesabında etdiyi paylaşımda Rusiya ordusunun gecə saatlarında Ukraynanın Odessa şəhərindəki limana raket hücumu həyata keçirdiyini bildirib.

Raketlərin limanda mülki gəmiyə düşdüyünü bildirən Sibiqa, hücumda 5 nəfərin öldüyünü, 9 nəfərin yaralandığını vurğulayıb.

Sibiqa mesajında ​​bütün dövlətlərdən Rusiyanın hücumlarını pisləməyi və qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçməyi tələb edib.

Ukrayna baş nazirinin yenidənqurma üzrə müavini, icmaların və regionların inkişafı naziri Oleksiy Kuleba "Telegram" kanalında verdiyi açıqlamada Odessaya raket hücumu nəticəsində Panama bayrağı altında üzən “Şui Spirit” konteyner gəmisinin zədələndiyini qeyd edib.

“Bu, Rusiyanın son dörd gündə hücum etdiyi üçüncü xarici gəmidir”, - Kuleba öz postunda bildirib.

Malik Atilay 

 





14.10.2024    çap et  çap et