525.Az

İran: Biz Rusiyaya ballistik raket verməmişik


 

İran: Biz Rusiyaya ballistik raket verməmişik<b style="color:red"></b>

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Rusiyaya ballistik raketlər verməsi ilə bağlı iddiaları təkzib edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Əraqçi sosial media hesabındakı paylaşımında məsələ ilə bağlı açıqlama verib.

Nazir: "Daha əvvəl də qeyd etdiyim kimi, Rusiyaya ballistik raketlər verməmişik", - deyib.

İranın Rusiya ilə hərbi əməkdaşlığının Ukrayna müharibəsindən əvvələ təsadüf etdiyini bildirən Əraqçi bəzi Avropa ölkələrinin irəli sürdüyü iddiaların mənbəyinin İsrail olduğunu müdafiə edib.

Malik Atilay 

 





14.10.2024    çap et  çap et